Bu il qəbul imtahanı bir dəfə keçiriləcək – Tarix açıqlandı

0
imtahan

“Orta ixtisas təhsili müəssisələrinə qəbul buraxılış imtahanlarının ikinci mərhələsinin nəticələri əsasında aparılacaq”.

Bineqedi.info xəbər verir ki, DİM rəhbəri Məleykə Abbaszadə bildirib. O deyib ki, bu il 19 mindən artıq şagird kolleclərə qəbul üçün müraciət edib: “11 illik təhsil bazasından kolleclərə ərizə qəbulu mayın 11-dən iyunun 5-dək davam edəcək. İmtahan iyunda olacaq”.

DİM rəhbəri ali məktəblərlə bağlı suala da aydınlıq gətirib: “Ali məktəblərə qəbul bu il bir dəfə keçiriləcək. İmtahanlar iyulun 20-dən sonra olacaq. Ali təhsil müəssisələrinə qəbul imtahanlarına mart-iyun ayında proqramda nəzərdə tutulan mövzulardan sual salınmayacaq”.

Ali məktəblərə sənəd qəbulu mayın 12-dən iyunun 5-dək həyata keçiriləcək.

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin