Binəqədidə qadın kafedən 2 min manatlıq oğurluq etdi

0
bineqedi-polis-bolmesi

Bakıda kafedə oğurluq hadisəsi baş verib.

Bineqedi.info saytı report-a istinadən xəbər verir ki, hadisə martın 19-dan mayın 5-dək Binəqədi rayonu, Xocahəsən qəsəbəsində qeydə alınıb. Belə ki, naməlum şəxs S.Yusifovaya məxsus kafedən 2 000 manat dəyərində geyim və məişət əşyaları oğurlayıb. Binəqədi Rayon Polis İdarəsinin 40-cı Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Bakı şəhər sakini, 1987-ci il təvəllüdlü S.Adıgözəlova müəyyən edilərək saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin