Kitabxana “Heydər Əliyev mənim qəhrəmanımdır” mövzusunda müsabiqə elan edib

0
musabiqe

Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanası karantin dövründə vaxtını səmərəli keçirmək, yaradıcılığına təkan vermək və hədiyyə qazanmaq istəyən izləyicilərini təşkil etdiyi müsabiqəyə qoşulmağa dəvət edir. Belə ki, kitabxana ümummilli lider Heydər Əliyevin anadan olmasının 97-ci ili münasibətilə 16-35 yaşarası gənclər arasında “Heydər Əliyev mənim qəhrəmanımdır” mövzusunda esse və şeir qiraət müsabiqəsi elan edib.

Bineqedi.info xəbər verir ki, kitabxanadan bildirilib ki, müsabiqədə iştirak etmək istəyən şəxslər mayın 10-dək ümummilli lider Heydər Əliyev haqqında hazırladıqları esselərin mətnini və ya Heydər Əliyev haqqında yazılmış şeirlərdən birinin səsləndirilmiş video yazısını (şeir müsabiqə iştirakçısı tərəfindən səsləndirilməlidir) kitabxananın e-mail ünvanına (ryl.az@mail.ru) təqdim etməlidirlər. Təqdim olunan esse və şeir qiraət videoları kitabxananın “İnstagram” və “Facebook” səhifələrində yerləşdiriləcək. Qaliblər onlayn səs çoxluğu əsasında (“Bəyənmə” sayına görə) müəyyən ediləcək. Qalib iki nəfər seçiləcək və kitabxana tərəfindən diplom və kitab hədiyyəsi ilə mükafatlandırılacaqdır.

Qeyd edək ki, müsabiqəyə göndəriləcək materiallar kitabxananın “İnstagram” və “Facebook” səhifələrində oxuculara təqdim ediləcək.

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin