Binəqədidə kombi aparatını oğurlayan şəxs saxlanıldı

0
bineqedi-rayon-polis-bolmesi

Bakıda mənzil qarət edilib. Hadisə paytaxtın Binəqədi rayonu ərazisində baş verib. Rayonda yerləşən evlərdən birindən 1 600 manat dəyərində kombi aparatı oğurlanıb.

Binəqədi rayon Polis İdarəsinin 43-cü Polis bölməsinin əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş 1985-ci il təvəllüdlü R.Abdullayev saxlanılıb. Ondan axtarış zamanı 0,229 qram heroin aşkarlanıb.trend

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin