Binəqədili 7-ci sinif şagirdi Prezidentə məktub yazdı

0

Prezident İlham Əliyevin rəsmi elektron poçtuna Azərbaycanın müxtəlif şəhər və rayonlarından, qəsəbələrindən, kəndlərindən məktublar gəlir.

Bineqedi.info saytı Bakı şəhərinin Binəqədi rayonunun sakini Şəfa Qasımzadənin məktubunu təqdim edir: “Möhtərəm Prezidentimiz, mən 83 saylı məktəb-liseyin 7 ”d” sinif şagirdiyəm. Sizə öz adımdan və ailə üzvlərimizin adından xoş sözlərimi çatdırmaq istəyirəm. Çox sağ olun ki, koronovirusla mübarizə dövründə öz xalqınızın, birinci növbədə, biz uşaqların sağlamlığını və gələcəyini hər şeydən üstün tutursunuz. Bizə təhsildə geriləməməyimiz üçün şərait yaratdınız. Evdə qalsaq da təhsildən qalmadıq. Mən bütün yaşıdlarımın adından və öz adımdan Sizə və Mehriban xanıma minnətdarlığımı bildirirəm”.

Bineqedi.info

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin