Binəqədidə rəsm müsabiqəsinə start verilir – Şərtlər

0
bineqedi-musabiqesi

Binəqədi Rayon İcra Hakimiyyəti və Binəqədi rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin anadan olmasının 97-ci ildönümü münasibəti ilə “Müstəqilliyimiz əbədidir” mövzusunda rəsm müsabiqəsinə start verilir.

Bineqedi.info saytı müsabiqənin keçirilməsi qaydalarını təqdim edir:
– İştirakçılar evdə çəkdikləri rəsmlərin telefonla fotoşəklini çəkərək binagadigii@mys.az elektron poçtuna və yaxud +994 50 573-95-51 telefon nömrəsinə (WhatsApp) göndərəcəklər;
– Göndərilən rəsmlərdə müəllifin adı, atasının adı, soyadı və əlaqə nömrəsi qeyd edilməlidir;
– Müəllifin təqdim etdiyi işlərin sayına məhdudiyyət qoyulmur;
– Rəsmlər 07.05.2020-ci il tarixinə qədər təqdim edilə bilər;
– Seçilmiş rəsmlərin müəllifləri Binəqədi rayon Gənclər və İdman İdarəsi tərəfindən diplom və xatirə hədiyyələri ilə mükafatlandırılacaqlar.

Bineqedi.info

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin