Binəqədidə avtobusla “Mercedes”in toqquşması ölümlə nəticələnib

0
bineqedi-qeza

Binəqədi rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Bineqedi.info saytı Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, rayonun Binəqədi qəsəbəsi ərazisində Bakı şəhər sakinləri A.Məmmədovun idarə etdiyi “Daewoo” markalı avtobusla Novruz Həsənovun idarə etdiyi “Mercedes” markalı avtomobil toqquşub. Nəticədə N.Həsənov aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Hadisə ilə bağlı Binəqədi Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.

Bineqedi.info

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin