Binəqədi Rayon Mənzil Kommunal Təsərrüfatı Birliyi ərzaq sovqatı paylayıb

0
bineqedi-yardim

Koronavirus (COVID-19) infeksiyasının yarada biləcəyi təhlükənin qarşısının alınması məqsədilə paytaxtın Binəqədi rayonunda ciddi təxirəsalınmaz tədbirlər həyata keçirilir.

Bineqedi.info saytı xəbər verir ki, Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyevin tapşırığına əsasən, Binəqədi Rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin kollektivi xüsusi gücləndirilmiş iş rejimində çalışır.

Bundan başqa, Binəqədi Rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyi tərəfindən koronavirus epidemiyasının Azərbaycanda törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə tətbiq edilən karantin rejimi ilə əlaqədar Binəqədi Rayonunda evdən çıxması qadağan edilən 65 yaşdan yuxarı tənha sakinlərə, qayğıya ehtiyacı olan aztəminatlı ailələrə ərzaq məhsullarından ibarət sovqatlar paylanılıb.

Bineqedi.info

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin