Binəqədidə bu dəfə 700 ailəyə yardım edildi

0

Koronavirus (COVID-19) pandemiyası ilə əlaqədar xüsusi karantin rejiminin tətbiq olunduğu dövrdə dövlət tərəfindən həyata keçirilən tədbirlərə dəstək məqsədilə sosial aksiyalar davam edir.

Bineqedi.info xəbər verir ki, “Cratos” və “Niaqara” restoranlarının sahibləri tərəfindən karantin dövründə ehtiyacı olan ailələrə ərzaq paylanılıb. Belə ki, sahibkarlar “Biz birlikdə güclüyük” kampaniyası çərçivəsində bu dəfə daha 700 ailəyə yardım edib.  Onlar Binəqədi rayonu ərazisində yaşayan 700 ailəni gündəlik tələbat mallarından ibarət ərzaq bağlamaları ilə təmin ediblər.

Qeyd edək ki, hər iki restoran şəbəkəsinin birgə iştirakı ilə daha öncə Nəsimi rayonunda yaşayan 500 sakinə yardım paylanmışdı.

 

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin