Binəqədidə mebel təmiri sexi yanıb

0
mebel-sexi-yangin

Bakıda yanğın qeydə alınıb.

Fövqəladə Hallar Nazirliyindən Bineqedi.info saytına verilən məlumata görə, şəhərin Binəqədi rayonunda ümumi sahəsi 60 m² olan ikimərtəbəli mebel təmiri sexinin dam örtüyü, ikinci mərtəbəsinin yanar konstruksiyaları və içərisindəki əşyalar yanıb.

Yüksək temperaturdan tikilinin birinci mərtəbəsinin lambirindən ibarət tavanı əriyib.

Sexin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Bineqedi.info

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin