Binəqədi sakinlərindən Prezident İlham Əliyevə MÜRACİƏT

0
prezident-bineqedi

Prezident İlham Əliyevin rəsmi elektron poçtuna Azərbaycanın müxtəlif şəhər və rayonlarından, qəsəbələrindən, kəndlərindən məktublar gəlməkdə davam edir.

Bineqedi.info saytı paytaxtın Binəqədi rayon sakinlərinin son vaxtlar Prezindent İlham Əliyevə ünvanladıqları məktubları təqdim edir:

“Möhtərəm cənab Prezident.

Bir həkim olaraq Azərbaycanın tibb işçiləri adından Sizə sonsuz təşəkkürümü bildirmək istəyirəm.

Siz hər zaman olduğu kimi, bu gərgin dönəmdə də insanların, sadə vətəndaşların yanındasınız, qayğınızı heç kimdən əsirgəmirsiniz.

Allah Sizə möhkəm cansağlığı, uzun ömür versin ki, daim başımızın üstündə olasınız. Mən Sizin övladlarınızla yaşıdam və Sizinlə bir ata kimi qürur duyuram. Var olun, cənab Prezident! Bütün gənclər Sizin kimi ziyalı, böyük qəlbli, qətiyyətli Prezidentlə fəxr edirlər.

Hörmətlə,

Əfəndiyeva Lamiyə Sultan qızı.

Azərbaycan Respublikası, Bakı şəhəri, Binəqədi rayonu”.

“Hörmətli cənab Prezident.

Sizin ölkəmiz, xalqımız üçün hansı işləri gördüyünüz hamıya bəllidir. Amma bu günlərdəki fədakarlığınız göz önündədir və xüsusi qeyd olunmalıdır.

İndiki ağır günlərdə daim xalqımızı düşündüyünüz, ona dəstək olduğunuz və qayğısına qaldığınız üçün Sizə dərin minnətdarlığımı bildirirəm. Qürur duyur, fəxr edirəm ki, Sizin kimi dövlət başçımız var. Çox sağ olun. Allah Sizi qorusun.

Hörmətlə,

Muradova Nuridə Məzahir qızı.

Azərbaycan Respublikası, Bakı şəhəri, Binəqədi rayonu”.

Fədakar Prezidentim.

Bütün dünyanı bürüyən xəstəlik səbəbilə bu çətin günlərdə dövlətimiz, millətimiz üçün göstərdiyiniz fədakarlığınız, haqqı ödənilə bilməyən zəhmətiniz bir gənc olaraq məni çox qürurlandırır və Azərbaycan boyda böyük bir ailənin qayğısını çəkdiyiniz üçün Sizə dərin minnətdarlığımı bildirirəm. Bu şərəfli və çətin yolda Allahdan Sizə möhkəm cansağlığı arzu edirəm. Nə yaxşı ki Siz bizim Prezidentimizsiniz.

Hörmətlə,

Əlizadə Orxan Yasin oğlu

Azərbaycan Respublikası, Bakı şəhəri, Binəqədi rayonu”.

Bineqedi.info

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin