Ramiz Göyüşov: “Ötən 2 il sübut etdi ki, xalq 11 apreldə öz seçimində yanılmayıb”

0
ramiz-goyusov-bineqedi

Yeni Azərbaycan Partiyası Binəqədi Rayon Təşkilatının sədri Ramiz Göyüşov:

Əziz dostlar!
Bu gün – 11 aprel 2020-ci il tarixdə Azərbaycan Respublikasının prezidenti Cənab İlham Əliyevin növbəti prezidentlik müddətinin iki ili tamam olur. 11 aprel 2018-ci il tarixdə keçirilən Prezident seçkilərində Azərbaycan xalqı müdrik bir seçim edərək öz taleyini növbəti 7 ildə yenidən cənab İlham Əliyevə həvalə etdi. Ötən 2 il sübut etdi ki, xalq 11 apreldə öz seçimində yanılmayıb və yeganə düzgün qərar qəbul edib. Son iki ildə cənab İlham Əliyevin rəhbərliyi altında ölkəmiz bütün sahələrdə böyük uğurlara imza atılıb. Əslində, ümummilli lideimiz Heydər Əliyevin xeyir-duası ilə 2003-cü ildən başlanan yolu, cənab İlham Əliyev yeni tarixə şəraitə, yeni çağırışlara uyğun olaraq uğurla və qətiyyətlə davam etdirir. Bu günkü müstəqil Azərbaycan tarixdə heç zaman olmadığı qədər güclüdür, böyük beynəlxalq nüfuza malikdir, etibarlı tərəfdaşdır. İndi Azərbacan iki böyük beynəlxalq təşkilata, BMT–dən sonra dünyada ən böyük beynəlxalq təşkilat olan Qoşulmama Hərəkətına və Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına uğurla sədrlik etməkdədir. Təkcə bu iki fakt Azərbaycanın beynəlxalq nüfuzundan xəbər verməklə onun beynəlxalq nüfuzunun sübutu kimi qəbul edilir. 2003-cü ildən başlanan islahatlar, son iki ildə həyatımızın bütün sahələrini əhatə etməklə cənab Prezidentimizin təşəbbüsü və rəhbərliyi ilə daha qətiyyətlə, əzmlə və uğurla davam etdirilir və öz nəticələrini verir. Ölkəmiz bütün sahələrdə heç vaxt olmayan uğurlar qazanır. Azərbaycanda ictimai-siyasi sabitlik hökm sürür. Bütün bu uğurların kökündə xalqla iqtidarın sarsılmaz birliyi, cənab İlham Əliyevin yorulmaz fəaliyyəti dayanır.
Bu günkü dünyanı cənginə alan koronavirus pandemiyası dövründə cənab Prezidentimiz İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan hökumətinin gördüyü tədbirlər əhali tərəfindən yüksək dəyərləndirilir və ölkə rəhbərinə olan inamını, sabaha ümidini daha da artırır. Azərbayca xalqı əmindir ki, onun taleyi etibarlı əllərdədir, sabahımız bu günümüzdən daha gözəl və firavan olacaqdır.
Cənab Prezidentimiz İlham Əliyevə uğurlar diləyir, onun apardığı siyasəti dəstəkləyir və hər zaman birlikdə olduğumuzu bəyan edirik.

 

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin