Evdən çıxmadan Binəqədidə işə düzəlin!

0
prezident-bineqedi

“Rahat” supermarketlər şəbəkəsi işsiz vətəndaşları əməkdaşlığa dəvət edir.

Bineqedi.info saytı xəbər verir ki, ölkə ərazisində koronavirus pandemiyası ilə mübarizə çərçivəsində ticarət mərkəzləri və bir sıra iaşə obyektlərinin fəaliyyəti dayandırılıb. Nəticədə isə bəzi vətəndaşlar işsiz qalıb.

Hazırda ən çox işçi heyyətinin çalışdığı yerlərdən biri də supermarket şəbəkələridir.

“Rahat” supermarket rəhbərliyi mövcud vəziyyəti nəzərə alaraq, işsiz şəxslərə dəstək məqsədilə əməkdaşlıq təklif edir.

Belə ki, koronavirus pandemiyası ilə mübarizə çərçivəsində üç həftə ərzində elan edilən vakansiyalar üzrə “Rahat” supermarket şəbəkələrinə iş ilə bağlı çoxsaylı müraciət olub. Müvafiq vakansiyalar üzrə 100 nəfərdən çox şəxs “Rahat” supermarket şəbəkələrində işə qəbul olunub.

İşə qəbul prosesi bu gün də davam etməkdədir.

Belə ki, “Rahat” supermarketlər şəbəkəsinin rəhbərliyi tezliklə paytaxtın Binəqədi rayonu, Binəqədi şosesi, 5 ünvanında açılacaq yeni “Rahat supermarket” filialı üçün aşağıdakı vakansiyalar üzrə elan verib:

– Satıcı⠀

– Kassir⠀

– Anbar işçisi⠀

– Nəzarətçi⠀

– Qablaşdırıcı

Maraqlanan şəxslər aşağıdakı əlaqə nömrələrinə müraciət edə bilər:

(+994 55) 355 13 44

(+994 55) 909 23 99

Eyni zamanda CV-lərini cv@rahat.az veb saytına göndərə bilərlər. Qeyd edək ki, iş üçün müraciət edən şəxslərlə iş görüşməsi onlayn şəkildə təşkil olunacaq. Müraciət edən şəxslərin qeyd edilən müraciət vaxtlarını nəzərə almaları xahiş olunur:

Müraciət vaxtları:

Həftənin 1-5-ci günləri saat 10:00-16:00

Həftənin 6-cı günü, saat 10:00 – 13:00

Bineqedi.info

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin