Binəqədidə koronavirus əleyhinə zəruri tədbirlər davam etdirilir – Fotolar

0
bineqedi-dezinfeksiya2

Azərbaycan Respublikasında koronavirus infeksiyasının (COVİD-19) yayılmasının qarşısının alınması və sosial təcridin gücləndirilməsi ilə bağlı Nazirlər Kabineti yanında Operativ Qərargahın tələb və tövsiyələrinə Binəqədi rayonu ərazisində riayət olunması üçün zəruri tədbirlər davam etdirilir.

Bineqedi.info saytı xəbər verir ki, vətəndaşlar arasında onların şəxsi gigiyena qaydalarına əməl etmələri, təmas imkanlarını minimuma endirmələri, operativ qərargah tərəfindən müəyyən edilmiş hallarda evdən çıxmaları barədə izahetmə-xəbərdarlıq işləri aparılır.
Xüsusi karantin rejimi dövründə rayon ərazisində supermarketlər, ərzaq mağazaları və apteklər istisna olmaqla, bütün ticarət obyektlərində, ictimai iaşə obyektlərində, o cümlədən restoran, kafe və çay evlərində müştərilərə yerində xidmət dayandırılmış, park və istirahət məkanlarına giriş məhdudlaşdırılıb.
Bundan əlavə, rayon ərazisində dezinfeksiya işlərinin aparılması davam etdirilir.

Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyevin tapşırığına əsasən, Binəqədi Rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin kollektivi bu məqsədlə xüsusi gücləndirilmiş iş rejimində çalışır.

Binəqədi Rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin koronavirus infeksiyasına qarşı mübarizə tədbirləri çərçivəsində rayon ərazisində əsas və ara küçələr xüsusi dezinfeksiyaedici maddələrlə yuyulur, binaların ümumi istifadə yerlərində, giriş blokları və pilləkən marşlarında, məişət tullantılarının atıldığı konteyner meydançalarında, məhəllələrdə tibbi-profilaktik və dezinfeksiyaedici tədbirləri aparılır.

Bineqedi.info

bineqedi-dezinfeksiya3

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin