Binəqədidə 200 ahıl sakinə ərzaq bağlamaları verilib – Fotolar

0
bineqedi-yardim

Koronavirus epidemiyasının Azərbaycanda törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə tədbiq edilən karantin rejimi ilə əlaqədar Binəqədi rayonunda evdən çıxması qadağan edilən 65 yaşdan yuxarı tənha sakinlərə diqqət mütamadi olaraq davam etdirilir.

Bineqedi.info saytına verilən məlumata görə, rayonda ərazisində fəaliyyət göstərən fərdi sahibkarın dəstəyi, Binəqədi Rayon İcra Hakimiyyəti və Bələdiyyələrin təşkilatçılığı ilə 200 ahıl sakinə müxtəlif çeşidli ərzaq bağlamaları çatdırılıb.

Eyni zamanda rayon ərazisində yerləşən yaşayış binaları, məişət tullantısı konteyner meydançaları, park, küçə və məhəllələrdə mütəmadi olaraq dezinfeksiya işləri aparılır.

bineqedi-yardim
bineqedi-yardim2

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin