Binəqədili sahibkarlardan koronavirusla mübarizədə örnək addım

0
binəqədi-kəndi

Binəqədi rayonunda COVİD-19 epidemiyasının yayılmasının qarşısını alması istiqamətində görülən işlərə rayon ərazisində fəaliyyət göstərən sahibkarlar da biganə qalmırlar.

Bineqedi.info saytına verilən məlumata görə, “Xırman” firması, “Altis Qrup of kompani” MMC, Akabe İnşaat , Binəqədi rayonu ağac emalı zavodu, fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan Ədalət Seyidov və Zülfüqar Muxtarzadənin dəstəyi ilə rayonda dezinfeksiya işlərinin daha səmərəli və mütəmadi aparılması məqsədilə 4 ədəd yeni böyük dezinfeksiya aparatı, 1 ədəd dezinfeksiya edən maşın və 20 ton hazır təmizləyici maddə alınaraq aidiyyəti qurumlara təhvil verilib.

Sakinlərin sağlamlığının qorunmasında yaxından iştirakına görə dəstəyini əsirgəməyən sahibkarın bu addımı vətəndaşlar tərəfindən minnətdarlıqla qarşılanıb.

Bineqedi.info

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin