Binəqədidə koronavirus əleyhinə tədbirlərdə polislər də nümunəvi xidmət göstərir…

0
bineqedi-besinci-polis-bolmesi

Ölkəmizdə koronavirus infeksiyasının yayılmasının qarşısının alınması üçün bütün lazımi tədbirlər görülür.

Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında operativ qərargah tərəfindən 2020-ci il mart ayının 31-dən etibarən bir sıra əlavə qadağalar tətbiq edilib.
Bineqedi.info saytı xəbər verir ki, Daxili İşlər Nazirliyinin şəxsi heyəti respublikanın bütün şəhər və rayonlarında karantin rejiminin tələblərinin təmin edilməsi məqsədilə gücləndirilmiş iş rejimində xidmət aparır.

Koronavirus pandemiyası ilə mübarizədə əhalinin sağlamlığının qorunması məqsədi ilə ölkə ərazisində elan edilən xüsusi karantin rejiminin pozulması hallarına hələ də rast gəlinməkdədir.

Bu kimi halların qarşınının alınması məqsədi ilə Daxili İşlər Nazirliyinin əməkdaşları kimi, Binəqədi Rayon Polis İdarəsinin 5-ci Polis Bölməsinin əməkdaşları tərəfindən də tədbirlər mütəmadi olaraq davam etdirilir.

Bölmənin rəisi polis mayoru Cavid İsmayılovun rəhbərliyi altında bölmənin əməkdaşları vətəndaşlara özünütəcrid tədbirlərinə uyğun davranmaları, yalnız ciddi ehtiyac yarandıqda evdən çıxmaları, digər şəxslərlə minimum kontaktda olmaları, ünsiyyət zamanı 2 metrlik ara məsafəsi saxlamaları və Nazirlər Kabineti yanında Operativ Qərargahın bütün tələb və tövsiyələrinə ciddi riayət etməli olduqları barədə məlumatlar verilir, “evdə qal” kampaniyasına qoşulmaq tövsiyə olunur.

Cavid İsmayılov Daxili işlər naziri Vilayət Eyvazovun əmri ilə Binəqədi Rayon Polis İdarəsinin 5-ci Polis Bölməsinin rəisi vəzifəsinə ötən ilin dekabrında təyin olunub.

Onun rəhbərliyi altında Daxili işlər naziri Vilayət Eyvazovun qarşısına qoyduğu vəzifələrin icrası, cinayətkarlıqla mübarizə istiqamətində həyata keçirilən tədbirlər vətəndaşlar tərəfindən razılıqla qarşılanır.

Hikmət Həsənov, Bineqedi.info

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin