Binəqədidə kişi qadın paltarı geyib oğurluq etmək istədi

0
bineqedi-ogurluq

Bakıda qadın paltarı geyinmiş kişi oğurluq etmək istəyərkən kameralara düşüb.

Bineqedi.info saytının APA-ya istinadən məlumatına görə, hadisə Binəqədi rayonu Biləcəri qəsəbəsi 4-cü Dağlıq küçəsində qeydə alınıb.

Həmin ünvanda yerləşən Esmira Məmmədovaya məxsus mağazadan oğurluğa cəhd olub.

Oğurluq etmək istəyən şəxs əvvəlcə mağazanın içərisinə fənərlə baxış keçirib. Daha sonra o mağazanın qapısını kustar üsulla hazırladığı xüsusi açarla açmaq istəyib.

Satıcının içəridə yatdığını görən şəxs dərhal hadisə yerindən qaçıb. Bütün bunlar mağazanın təhlükəsizlik kameralarına düşüb.

Görüntülərə baxarkən məlum olub ki, həmin şəxs kişi olsa da, qadın geyimində olub. Onun çiynində də qadın çantası asılıb.

Hadisə barədə polisə məlumat verilib.

Bineqedi.info

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin