Binəqədidə iki il əvvəl oğurluq edən qadın tutuldu

0
bineqedi-besinci-polis-bolmesi

Binəqədidə 2 il əvvəl avtomobildən oğurluq edən qadın tutulub.

DİN mətbuat xidmətindən Bineqedi.info saytına verilən məlumata əsasən, hadisə 2018-ci il martın 10-da rayon ərazisində baş verib. Bu il martın 23-də rayon Polis İdarəsi 5-ci Polis Bölməsinə müraciət edən Bakı şəhər sakini S.Əkbərov “Mercedes” markalı avtomobilindən 3000 manat dəyərində qızıl üzüyünün oğurlandığını bildirib.

Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən paytaxt sakini A.Əliyeva saxlanılıb.

Bineqedi.info