Binəqədinin gözəgörünməz qəhrəmanları iş başında – Fotolar

0
bineqedi-dezinfeksiya

Koronavirus (COVİD-19) infeksiyasının yarada biləcəyi təhlükənin qarşısının alınması məqsədilə paytaxtın Binəqədi rayonunda ciddi təxirəsalınmaz tədbirlər həyata keçirilir.

Prezident İlham Əliyevin tapşırığı, Nazirlər Kabineti yanında Operativ Qərargahın sərəncam və tövsiyələrinə əsasən, rayonda dezinfeksiya tədbirlərinin həyata keçirilməsi işləri gücləndirilib.

Bineqedi.info saytı xəbər verir ki, Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyevin tapşırığına əsasən, Binəqədi Rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin kollektivi xüsusi gücləndirilmiş iş rejimində çalışır.

bineqedi-dezinfeksiya1.jpg

Belə ki, Binəqədi Rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyi koronavirus infeksiyasına qarşı mübarizə tədbirlərinə başlayıb və genişmiqyaslı işlər davam etdirilir.

Rayon ərazisində əsas və ara küçələr xüsusi dezinfeksiyaedici maddələrlə yuyulur, bununla yanaşı, binaların ümumi istifadə yerlərində, giriş blokları və pilləkən marşlarında, məişət tullantılarının atıldığı konteyner meydançalarında, məhəllələrdə tibbi-profilaktik və dezinfeksiyaedici tədbirləri aparılır.

bineqedi-dezinfeksiya2

Binəqədi rayonu ərazisində bu istiqamətdə tədbirlər bundan sonra da davam etdiriləcəkdir.

Hikmət Həsənov, Bineqedi.info

bineqedi-dezinfeksiya4.jpg

coronavirus-china

coronavirus-dezinfeksiya

dezinfeksiya-coronavirus

dezinfeksiya-coronavirus3

dezinfeksiya-coronavirus4

coronavirus-dezinfeksiya4

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin