Səhiyyə naziri Oqtay Şirəliyev əhaliyə müraciət etdi

0
oqtay-sireliyev

“Koronavirusla bağlı testləri gecə ilə Türkiyədən Azərbaycana gətirdik və ilk xəstələri də bu testlərin köməyi ilə müəyyən edə bildik”.

Bunu Səhiyyə naziri Oqtay Şirəliyev AzTV-nin “Hədəf” proqramında bildirib.

Nazirin sözlərinə görə, ilk günlərdən onlar izolyasiyaya götürüldü və müalicələri başladı:

“Məhz bunun nəticəsidir ki, neçə xəstə artıq sağalaraq evə göndərildi. Qalanların arasında xəstəliyin müsbət gedişi onu deməyə əsas verir ki, tezliklə onlar da sağalacaq.

Açıq demək lazımdır ki, xəstəliyin gedişatı və başqa ölkələrin təcrübəsi, proqnozlar göstərir ki, daha ciddi sərt tədbirlər olmasa vəziyyət tam dəyişə bilər. Xəstələrin sayı on, yüz minlərlə arta bilər. O cümlədən inkişaf edən ölkələrin səhiyyəsi də bunu çatdıra bilməz”.

“Nazirlər Kabineti yanında operativ qərargahla mövcud qərarları hazırlayanda bu işə həssas şəkildə yanaşırdıq”.

Nazir bildirib ki, qərarın iki məqsədi var idi. Belə ki, ilk olaraq xəstəliyə yoluxmanın qarşısını almaq və imkan daxilində həyat tərzinə çoxlu problemlər yaratmamaq: “Bütün məsələlər hərtərəfli düşünülmüşdü”.

O.Şirəliyev qeyd edib ki, laboratoriyalar tam gücü ilə işləyir:

“Onlar nəinki Bakıda, hər yerdə var. Ölkədə çox savadlı kadrlar var. Eyni zamanda maddi və texniki imkanlar yüksək səviyyədədir. Ən əsas odur ki, insanlar öz ətrafını və ümumilikdə xalqı qorumaq lazımdır. Sosial məsuliyyət mütləq vacibdir”.

Onun sözlərinə görə, hər kəsdə güclü iradə olmalıdır.

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin