Binəqədi sakinlərindən Prezidentə MƏKTUB

0
ayna-sultanova-park

Prezident İlham Əliyevin rəsmi elektron poçtuna Azərbaycanın müxtəlif şəhər və rayonlarından, qəsəbələrindən, kəndlərindən məktublar gəlir.

Bineqedi.info saytı paytaxtın Binəqədi rayon sakinlərinin Prezindentə ünvanladığı məktubları təqdim edir:

“Hörmətli cənab Prezident.

Əhalinin məşğulluq imkanlarının genişləndirilməsi, yeni iş yerlərinin yaradılması, yoxsulluğun azaldılması Sizin tərəfinizdən vətəndaş rifahı naminə yürüdülən sosial siyasətin nəticəsidir. Bu sahədə həyata keçirilən sosial islahatlar biz vətəndaşlar tərəfindən yüksək qiymətləndirilir.

Kiçik biznesə çıxışa imkan yaradan özünüməşğulluq proqramında qoşulmaq niyyətim var idi. Müraciətim əsnasında müvafiq təlimlərə cəlb olundum və irəli sürdüyüm biznes plan üzrə müdafiəni uğurla başa vuraraq xidmət sahəsi üzrə avadanlıqlarla təmin edildim. Dövlət dəstəyi ilə qurduğum kiçik biznesimi inkişaf etdirəcəyimə, həyat şəraitimi yaxşılaşdıracağıma inanıram.

Möhtərəm Prezident, göstərilən qayğı və diqqətə görə Sizə öz minnətdarlığımı bildirirəm. Müstəqil Azərbaycanın inkişafı naminə yürütdüyünüz daxili və xarici siyasətinizdə Sizə uğurlar arzu edirəm.

Hörmətlə,

Qocayev Əmrah Səməndər oğlu

Azərbaycan Respublikası, Bakı şəhəri, Binəqədi rayonu”.

“Hörmətli cənab Prezident.

Bu təhlükəli dövrdə bizə göstərdiyiniz qayğıya görə çox sağ olun. Siz hər bir vətəndaşın əsl dostusunuz. Biz fəxr edirik ki, Sizin kimi Prezidentimiz var. Mən Sizə möhkəm cansağlığı diləyirəm. Arzu edirəm ki, Siz həmişə yanımızda olasınız.

Hörmətlə,

Leyla Aslanova

Azərbaycan Respublikası, Bakı şəhəri, Binəqədi rayonu”.

“Hörmətli cənab Ali Baş Komandan.

Sizin siyasətinizi dəstəkləyir, xalqımıza, millətimizə göstərdiyiniz qayğıya, dövlətçiliyimizin daha da gücləndirilməsi istiqamətində atdığınız addımlara görə Sizə minnətdarlığımı bildirirəm.

Bu gün Azərbaycan dünyada sayılıb-seçilən, öz inkişaf sürətinə görə adından söz etdirən ölkələrdən biridir. Öz dövlətini güclü görmək, onun haqqında xoş xəbərlər eşitmək hər bir vətənpərvər insanda haqlı olaraq qürur hissi oyadır. Azərbaycanda mövcud olan xalq-iqtidar birliyi, milli həmrəyliyimiz də bir çox ölkələrə nümunə göstərilə bilər.

Möhtərəm Prezident, istər ordu quruculuğu, istərsə də xalqımızın həyat səviyyəsinin yüksəlməsi, yaşayış şəraitinin yaxşılaşdırılması yolunda gördüyünüz işlərdə, həyata keçirdiyiniz siyasətdə Sizə uğurlar arzulayıram.

Hörmətlə,

Qurbanov Coşğun İsmayıl oğlu

Azərbaycan Respublikası, Bakı şəhəri, Binəqədi rayonu”.

“Möhtərəm cənab Prezident.

Əvvəlcə, Sizi və ölkəmizin birinci xanımı Mehriban Əliyevanı salamlayıram. Bir Azərbaycan gənci olaraq, Sizi daim dəstəkləyirəm. Siz 2020-ci ili ölkəmizdə “Könüllülər ili” elan etmisiniz. Biz gənclərə və könüllülərə göstərdiyiniz diqqətə görə Sizə minnətdaram.

Mən 2003-cü il təvəllüdlüyəm və 11-ci sinifdə oxuyuram. Canlı şahidi olmasam da, atam və müəllimlərim daim deyirlər ki, ulu öndər Heydər Əliyev də daim gənclərlə maraqlanmış, onları narahat edən problemləri həll etmişdir. Hazırda Ulu Öndərin yolunu Siz layiqincə davam etdirirsiniz.

Buna görə bir daha Sizə dərin minnətdarlığımı bildirir, işinizdə uğurlar, möhkəm cansağlığı arzu edirəm.

Hörmətlə,

Quliyev İlkin Maarif oğlu.

Azərbaycan Respublikası, Bakı şəhəri, Binəqədi rayonu”.

“Hörmətli cənab Prezident.

Azərbaycanda məcburi köçkünlərə çox yüksək səviyyədə diqqət və qayğı göstərilir. Bu sahədə aparılan siyasət bir çox ölkələr üçün nümunədir. Məcburi köçkün ailəsi olaraq, diqqət və qayğınıza görə Sizə təşəkkürümü bildirirəm.

Bizim ən uca varlığımız dövlətimizin müstəqilliyidir. Vətənimiz, dövlətimiz, müstəqilliyimiz var olsun, əbədi olsun. Övladlarımız gələcəkdə də azad, firavan yaşasınlar.

Xalqımız Sizi sevir, cənab Prezident. Xalqın Sizə sevgisi, inamı tükənməzdir. Apardığınız islahatlara, ölkəmizin davamlı inkişafını gözü götürməyən şəxslər bilsinlər ki, Sizin dayağınız göydə Allah, yerdə qüdrətli Azərbaycan xalqıdır. Bu xalq çox şeylər görüb və yaxşını pisdən, ağı qaradan ayırmağı bacarır. Nahaq yerə deməyiblər ki, xalqın gözü tərəzidir. Mənfəətpərəst insanlara birdəfəlik agah olsun ki, 1990-cı illərin əvvəllərində yaşanan hadisələrin təkrarlanması hazırda mümkün deyildir. Əminik ki, Sizin dönməz, polad iradəniz sayəsində dövlətimiz daha da qüdrətlənəcəkdir.

Sizə uğurlar diləyirik, cənab Prezident!

Hörmətlə,

Rzayev Ənvər Alırza oğlu, Laçın rayonundan məcburi köçkün.

Azərbaycan Respublikası, Bakı şəhəri, Binəqədi rayonu”.

Bineqedi.info

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin