Binəqədidə 1957-ci ildə salınmış park – Fotolar

0
demiryolcular-parki

Binəqədi rayonunun Biləcəri qəsəbəsində yerləşən Dəmiryolçuların mədəniyyət və istirahət parkı 1957-ci ildə istifadəyə verilib.

Bineqedi.info xəbər verir ki, bu park Dəmiryolçuların istirahət parkı kimi inşa edilib.

Parkın ərazisi 5 hektar sahəni əhatə edir.

Qeyd edək ki, Prezident İlham Əliyevin sərəncamı ilə bu park əsaslı şəkildə yenidən qurulub.

Bərpa və yenidənqurma işləri Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən aparılıb.

İstirahət məkanında geniş abadlıq-quruculuq işləri yüksək zövqlə həyata keçirilib. Burada 20 min kvadratmetrlik ərazidə yerli şəraitə uyğun müxtəlif ağac və gül kolları əkilib. Yaşıllaşdırılan ərazidə avtomatik suvarma sistemi quraşdırılıb.

demiryolcular-parki1

İstirahət məkanında ən müasir işıqlandırma sistemi, fəvvarə quraşdırılıb, idmanın müxtəlif növləri ilə məşğul olmaq üçün süni örtüklü meydança yaradılıb.

Burada sakinlərin və qonaqların istirahəti üçün lazımi şərait yaradılıb.

Park qəsəbə sakinlərinin və qonaqların  ən kütləvi istirahət yeridir.

Parkda Mədəniyyət evi, 2 ədəd restoran, idman meydançası fəaliyyət göstərir.

Park Biləcəri qəsəbəsi, Y.Hüseynov 70 ünvanında yerləşir.

Bineqedi.info

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin