Kamaləddin Qafarov: “Azərbaycanda əhalinin sosial rifahı davamlı şəkildə yüksələcək”

0
kemaleddin-qafarov-kimdir

Sosial yönümlü islahatların reallaşdırılması ölkəmizin daxili siyasətinin prioritet istiqamətlərindən biridir və bu sahədə dövlət tərəfindən aparılan genişmiqyaslı tədbirlər 2020-ci ildə də gündən–günə genişlənməkdədir.

Bineqedi.info saytı yap.org.az-a istinadən xəbər verir ki, bu fikri 9 saylı Binəqədi ikinci Seçki Dairəsindən VI çağırış Milli Məclisin deputatı Kəmaləddin Qafarov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Əmək və Əhalinin Sosial Müdafiəsi naziri S. Babayevi qəbul edərkən səsləndirdiyi fikirlərə münasibət bildirərkən söyləyib.

K. Qafarov bildirib ki,ötən il həyata keçirilən sosial islahatlar Azərbaycanda 4,2 milyon nəfərin güzaranının yaxşılaşmasına əhəmiyyətli dərəcədə kömək etdi. Bu islahatlar paketininən önəmli istiqamətlərindən biri pensiyaların miqdarının artması idi. Azərbaycan üzrə minimum pensiyanın birdən-birə 72 faiz artımı təmin olundu və bu artım 660 min pensiyaçını əhatə etdi. Ümumilikdə digər kateqoriyalar üzrə pensiyaçıları da buraya əlavə etdikdə, 750 min pensiyaçının sosial şəraitinin yaxşılaşdığının şahidi olduq. Sırf yaşa görə ortaaylıq pensiyanın 350 manata çatdırılması isə bu sahədə cari səylərin əsas hədəfidir.

Millət vəkili qeyd edib ki, memarı və əsas istiqamətvericisi Azərbaycan Respublikasının Prezidenti möhtərəm İlham Əliyev olan dinamik və davamlı islahatların əsas məramı ölkədə işsizliyin səviyyəsinin azaldılaraq minimuma çatdırılması, əhalinin istehsal və xidmət sahələrinə cəlb olunması və özünüməşğulluq proqramlarının tətbiqi yolu ilərifahının yüksəldilməsinənail olmaq, əhalinin sosial qayğıya ehtiyacı olan təbəqələrinin həyat şəraitini yaxşılaşdırmaqdır. Bu strateji hədəflərinin reallaşdırılması üçün bu il ölkədə daha 8 DOST Agentliyinin yaradılması, özünüməşğulluq proqramlarına 11min ailənin cəlb edilməsi, 85-90 min ailənin ünvanlı sosial yardım proqramı ilə əhatə olunması, şəhid ailələri və müharibə veteranları üçün 1500 evin tikilib istifadəyə verilməsi nəzərdə tutulur.

Millət vəkili Kamaləddin Qafarovun fikrincə, dünyanın əksər ölkələrini bürümüş koronavirus təhlükəsi səbəbli neft gəlirlərinin azaldığı bir dönəmdə Azərbaycan Respublikasının Prezidenti möhtərəm İlham Əliyevin islahatların daha da şaxələndirilməsi və inkişaf etdirilməsi mesajini verməsi çox ibrətamizdir. Prezidentimizin bəzi məmurlara sərt xəbərdarlığı, neqativ hallara qarşı amansız mübarizə anonsunu verməsi həm cəmiyyətiümumi bəlaya qarşı səfərbər edir, həm də hər bir vətəndaşın konkret şəraitdə vəzifələrini bir daha aydın şəkildə müəyyənləşdirir.

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin