Binəqədidə yarmarka nə vaxt başa çatacaq?

0
bayram-yarmarkasi

Novruz bayramı münasibəti ilə Bakı və Abşeron ərazisində 5 fərqli nöqtədə təşkil olunan “Kənddən Şəhərə” Bahar yarmarkaları martın 19-da başa çatacaq.

Bineqedi.info saytı xəbər verir ki, bunu Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində “Aqrar Tədarük və Təchizat” Açıq Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Mais Musayev bildirib.

O bildirib ki, yarmarkaların təşkilində əsas məqsəd bayram ərəfəsində şəhər sakinlərinin kənd təsərrüfatı məhsullarına olan tələbatlarını təbii məhsullarla dolğun şəkildə ödəmək, bazarlarda yarana biləcək süni qiymət artımının qarşısını almaq və fermerlər üçün alternativ satış kanalı yaratmaqdır.

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin