Etimadı layiqincə doğruldan insan – Elmin Zamanovun ad günüdür

0
elmin-zamanov

Binəqədi Rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin rəisi Elmin Zamanovun ad günüdür.

Paytaxtımızın digər rayonlarında olduğu kimi, Binəqədi rayonunda da abadlıq və quruculuq işləri uğurla davam etdirilir.

Prezident İlham Əliyevin tapşırıq və göstərişlərinə əsasən, Binəqədi rayonunda İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyevin rəhbərliyi ilə davamlı olaraq infrastruktur və sosial layihələri icra edilir.

Bineqedi.info xəbər verir ki, yollar təmir olunur, binaların dam örtüyü dəyişdirilir, fasadları müasir üslubda üzlənir, giriş qapıları təmir edilir, bir çox küçələr əsaslı şəkildə yenidən qurulur.

Görülən işlər nəticəsində Binəqədi rayonunda qəsəbələrin də siması dəyişir, gözəlləşir.

Binəqədidə icra olunan genişmiqyaslı infrastruktur və sosial layihələr rayonun simasını müasirləşdirməklə yanaşı, əhalinin həyatına da rahatlıq gətirir.

Binəqədidə həyətlərin abadlaşdırılmasında, yaşayış binalarının dam örtüklərində, girişlərində, zirzəmilərində əsaslı təmir və təmizlik işlərinin aparılmasında Binəqədi Rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin də mühüm rolu var.

Bu mənada Binəqədinin abadlaşmasında Binəqədi Rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin rəisi Elmin Zamanovun da böyük xidməti var.

Bu gün Birliyin rəisi Zamanov Elmin Elbəyi oğlunun ad günüdür.

Elmin Zamanov Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyevin təqdimatı ilə Bakı Şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamenti tərəfindən verilən əmrə əsasən, bu vəzifəyə təyin olunub.

E. Zamanov 15 ildir ki, təsərrüfat xidmətlərində çalışır və ötən illərin təcrübəsi göstərir ki, o bu sahədə ona göstərilən etimadı, tapşırılan vəzifələri layiqincə doğruldur.  

Elmin Zamanov bu təyinatadək 9 saylı Mənzil-Kommunal İstismar Sahəsinin rəisi olub.

İşinə məsuliyyəti, idarəetmə qabiliyyəti, savadı onun daha yüksək vəzifəyə təyinatına əsas verib.  

Ailəlidir, iki ali təhsili var.

Biz də öz növbəmizdə Elmin Zamanovu ad günü münasibətilə təbrik edir, ona çətin və məsuliyyətli işində yeni-yeni uğurlar arzulayırıq.

Bineqedi.info

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin