Binəqədi Rayon İcra Hakimiyyətinin inzibati binasında vətəndaş qəbulu müvəqqəti məhdudlaşdırılıb

0
bineqedi-rayon-icra-hakimiyyeti

Azərbaycan höküməti tərəfindən aparılan müəyyən profilaktik tədbirlərlə əlaqədar Binəqədi Rayon İcra Hakimiyyətinin inzibati binasında vətəndaş qəbulu müvəqqəti olaraq məhdudlaşdırılıb.

İcra Hakimiyyətindən Bineqedi.info saytına verilən məlumata görə, Azərbaycan höküməti tərəfindən aparılan müəyyən profilaktik tədbirlərlə əlaqədar 15 mart 2020-ci il tarixdən-1 aprel 2020-ci il tarixinədək Binəqədi Rayon İcra Hakimiyyətinin inzibati binasında vətəndaş qəbulu müvəqqəti olaraq məhdudlaşdırılır.

Xahiş olunur ki, müraciətlərinizi Rayon İcra Hakimiyyətinin rəsmi saytına, facebook, instagram, twitter səhifələrinə və 1646-Sakinlərin Müraciət Xidmətinə yönləndirəsiniz. Bütün müraciətlər elektron şəkildə ən qısa zamanda cavablandırılacaqdır.

Bineqedi.info

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin