Binəqədidə 33 yaşlı kişi tanımadığı şəxs tərəfindən bıçaqlanıb

0
altinci-mikrorayon

Bakıda orta yaşlı kişi küçədə bıçaqlanıb.

Hadisə paytaxtın Binəqədi rayonu, 6-cı mikrorayon Ə.Ağayev küçəsində baş verib.

1987-ci il təvəllüdlü Elşən Quliyev küçədə tanımadığı şəxs tərəfindən bıçaqlanıb. E. Quliyev kəsilmiş-deşilmiş xəsarətlərlə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Binəqədi rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə cinayət işi başlanıb, hadisəni törədən şəxsin müəyyən edilməsi istiqamətində əməliyyat-axtarış tədbirləri həyata keçirilir.

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin