Binəqədidə əcnəbi vətəndaşın pulunu və telefonunu oğurlayan şəxs saxlanıldı

0
altinci-polis-bolmesi

Bakıda əcnəbi vətəndaşın pulu və telefonunu oğurlayan şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən Bineqedi.info saytına verilən məlumata görə, Binəqədi Rayon Polis İdarəsinin 6-cı Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində fevralın 29-da əcnəbi vətəndaşa məxsus 300 manat, 1 550 lirə, 280 lari pulu və mobil telefonu oğurlamaqda şübhəli bilinən İmişli rayon sakini, əvvəllər məhkum olunmuş X.Əliyev saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin