“Qış möcüzəsi” adlı fotomarafonun Binəqədi rayonu üzrə qalibi mükafatlandırılıb – Fotolar

0
bineqedi-gencler-idman

Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə gənclər arasında keçirilmiş “Qış möcüzəsi” adlı fotomarafonun Binəqədi rayonu üzrə qalibi 283 №-li tam orta məktəbin 10-cu sinif şagirdi İbrahim Əsədovla görüş keçirilib.

Bineqedi.info saytına verilən məlumata görə, görüş Binəqədi rayon Gənclər və İdman İdarəsində təşkil olunub.

ibrahim-esedov

İ. Əsədova İdarənin diplom və hədiyyəsi təqdim olunub.
Rayon Gənclər və İdman İdarəsinin rəisi Namiq Tarverdiyev İbrahim Əsədovu təbrik edərək ona təhsildə və gələcək fəaliyyətində uğurlar arzulayıb.
Qeyd edək ki, fotomarafonda İbrahim Əsədov Heydər Əliyev adına istirahət parkında telefonla mənzərə mövzusunda fotoşəkil çəkib.

ibrahim-esedov

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin