Binəqədidə inşa yazı və rəsm müsabiqələrinin qalibləri və iştirakçıları mükafatlandırıldı

0
mukafatlandirma

Binəqədi Rayon İcra Hakimiyyətinin dəstəyi, Binəqədi rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə 28 fevral 2020-ci il tarixində Binəqədi Gənclər Evində rayon orta ümumtəhsil məktəblərinin şagirdləri arasında 20 Yanvar faciəsinin otuzuncu ildönümünə həsr olunmuş “20 Yanvar faciəsi tariximizin şərəf və qəhrəmanlıq səhifəsidir” və Xocalı Soyqırımının iyirmi səkkizinci ildönümünə həsr olunmuş “Xocalı soyqırımını unutma” mövzusunda keçirilmiş inşa yazı və rəsm müsabiqələrinin qalibləri və iştirakçılarının mükafatlandırılması mərasimi keçirilib.
Bineqedi.info saytına verilən məlumata görə, tədbirdə Binəqədi rayon Gənclər və İdman İdarəsinin rəis müavini Rüfət Əhmədov, baş məsləhətçi Elvin Quliyev, aparıcı məsləhətçi Ülviyyə Usubova, idarədə təcrübə keçən Bakı Slavyan Universitetinin Beynəlxalq münasibətlər, regionşünaslıq və jurnalistika fakültəsinin IV kurs tələbələri Fərhad Hacıyev, Soltan Fərəcov, Cavid Ağalı, rayon orta ümumtəhsil məktəblərinin gənclərlə iş üzrə nümayəndələri, məktəblilər və onların valideynləri iştirak ediblər.

bineqedi-mukafat

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin