Binəqədidə Xocalıdan olan şəhid ailələri və məcburi köçkünlərlə görüş keçirilib

0
xocali-bineqedi

24 fevral tarixində Binəqədi Rayon İcra Hakimiyyətinin dəstəyi ilə Xocalıdan olan şəhid ailələri və məcburi köçkünlərlə görüş keçirilib.

Bineqedi.info saytına verilən məlumata görə, görüş zamanı Xocalı soyqırımı zamanı şəhid olmuş insanların ailələrinə Binəqədi Rayon İcra Hakimiyyəti rəhbərliyinin adından başsağlığı verilib.

Sakinlərin problemləri dinlənilib, onları narahat edən problemlərin həlli ilə bağlı tədbirlərin görüləcəyi bildirilib.

Xocalı həqiqətlərinin dünyada bilinməsi, bu faciənin soyqırımı aktı kimi tanınması üçün dövlətimiz tərəfindən bütün zəruri addımların atıldığı qeyd edilib.

Xocalılılar onlara göstərilən diqqət və qayğıya, maddi və mənəvi dəstəyə görə dövlət başçısı cənab İlham Əliyevə öz minnətdarlıqlarını bildiriblər.

xocali-bineqedi

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin