Binəqədidə mənzillərin səyyar qeydiyyatı xidməti göstəriləcək

0
yeddinci-mikrorayon (1)

İstismarına icazə verilmiş binalardakı mənzillərin səyyar formada dövlət qeydiyyatı fevralın 24-28-də paytaxtın Nizami, Xətai və Binəqədi rayonlarında keçiriləcək.

İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən Bineqedi.info saytına verilən məlumata görə, “Əmlakını qeydiyyata al və mülkiyyətinə sahib ol” kampaniyası çərçivəsində təşkil olunan səyyar xidmətdən fevralın 24-də Nizami rayonu, Özbəkistan küçəsi, 2436-cı məhəllə ünvanındakı, fevralın 25-də Xətai rayonu, Babək prospekti, Y.Əliyev küçəsi, Nobel prospekti və X.Rüstəmov küçələrinin kəsişməsindəki çoxmənzilli binaların sakinləri yararlanacaqlar. Binəqədi rayonunda mobil qeydiyyat fevralın 26-da M.Ə.Rəsulzadə qəsəbəsi, məhəllə 3024, E.Babayev küçəsi, fevralın 27-də C.Xəndan küçəsi, 3203-cü məhəllədəki binalarda təşkil ediləcək. Fevralın 28-də isə qeydiyyat xidməti Xətai rayonu, Mərkəzi Bulvar küçəsi 2, 2a, 2b, 2c, 2d, 2e ünvanlarında göstəriləcək.

Qeydiyyat kampaniyası həftə ərzində 926 mənzili əhatə edəcək. Xidmətdən istifadə etmək istəyənlər şəxsiyyət vəsiqəsi, protokoldan çıxarış və maliyyə arayışı kimi ilkin sənədləri mobil qeydiyyat ofisinə təqdim etməlidirlər.

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin