Binəqədidə iki avtomobil toqquşub – Yaralı xəstəxanaya yerləşdirildi

0
qeza-bineqedi

Bakının Binəqədi rayonunda yol-nəqliyyat hadisəsi zamanı sərnişin ağır xəsarət alıb.

Hadisə Azadlıq və Ziya Bünyadov prospektlərinin kəsişdiyi dairədə baş verib.

İşıqforun qırmızı işığında “Ravon” markalı avtomobilə “Opel” markalı nəqliyyat vasitəsi çırpılıb. Nəticədə “Ravon”da olan xanım sərnişin ağır xəsarət alıb. Yaralı 1 saylı Xəstəxanaya yerləşdirilib.

 

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin