Binəqədidə 64 yaşlı kişinin qarnına dəmir batıb – Təfərrüat

0
xocasen-bineqedi-xocesen-golu

Bakıda 64 yaşlı kişi yıxılaraq xəsarət alıb.

Hadisə Binəqədi rayonunda baş verib.

Xocahəsən qəsəbəsində 1956-cı il təvəllüdlü Nağıyev Saqif Omar oğlu yıxılıb. Bu zaman onun qarın nahiyəsinə dəmir batıb.

Yaralı təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıb. Ona qarnın açıq yarası, sol tərəfin kəsilmiş-deşilmiş yarası diaqnozları qoyulub.report