Binəqədidə dəhşətli hadisə: Piyadanı bir avtomobil vurdu, digəri üstündən keçdi

0
bineqedi-qeza

Bakının Binəqədi rayonunda avtomobil piyadanın üzərindən keçib.

Hadisə Bakı Beynəlxalq Avtovağzalının yaxınlığında qeydə alınıb.

Təxminən 50-55 yaşlı kişi yolun ikinci zolağında uzanmış vəziyyətdə olub. Əvvəlcə “Opel” markalı avtomobilin sürücüsü həmin şəxsi yerdə gördüyündən qəfil əyləcdən istifadə edərək avtomobilini yol kənarında yeni qazılan çuxura aşırıb. Toğrul Cəfərli isə idarə etdiyi “BMW” markalı nəqliyyat vasitəsilə həmin şəxsin üzərindən keçib. “BMW”-də olan sərnişin İsmayıl Xaspoladov bildirib ki, yerə uzanan şəxsi əvvəlcə naməlum markalı avtomobil vurub.

Hadisə yerinə Baş Dövlət Yol Polis İdarəsi və Binəqədi Rayon Polis İdarəsinin əməkdaşları cəlb edilib. Piyadanın hansı şəraitdə ölməsi dəqiqləşdirilir.apa

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin