Binəqədidə çayxanada bıçaqlanma – Cinayət işi açıldı

0

Bakıda çay evində baş verən bıçaqlanma hadisəsi ilə bağlı cinayət işi başlanılıb.

Hadisə fevralın 18-i saat 00:40 radələrində paytaxtın Binəqədi rayonu, Biləcəri qəsəbəsi ərazisində yerləşən “Çardaq” çay evində qeydə alınıb.

Belə ki, İsmayıllı rayon sakini, hazırda Abşeron rayonunun Mehdiabad qəsəbəsi, Ü.Hacıbəyov küçəsi, ev 9 ünvanında yaşayan 1996-cı il təvəllüdlü Mövlamov Rəşad Talıb oğlu çay evində tanımadığı şəxs tərəfindən sol döş qəfəsindən bıçaqlanıb.

Yaralı 1 saylı Kliniki Tibbi Mərkəzin Reanimasiya şöbəsinə yerləşdirilib.

Faktla bağlı Binəqədi Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərərvurma) maddəsilə cinayət işi başlanıb, hadisəni törədən şəxsin tapılması istiqamətində əməliyyat və istintaq tədbirləri davam etdirilir.report

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin