Binəqədidə könüllülərin növbəti seçim mərhələsi keçirildi – Foto

0
bineqedi-konulu-secim
“Sən də könül ver” şüarı ilə Binəqədi Rayon İcra Hakimiyyətində könüllülük fəaliyyətinə qoşulmaq üçün müraciət etmiş gənclər arasında final seçim görüşü baş tutub.
Bineqedi.info xəbər verir ki, görüşdə Binəqədi Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai siyasi və humanitar məsələlər şöbəsinin müdiri Nicat Allahverdiyev, müdir müavini-dini qurumlarla işin təşkilatçısı Şəmsi Gülverdiyev, Binəqədi Gənclər və İdman İdarəsinin rəisi Namiq Tarverdiyev, Binəqədi Gənclər Evi Sosial Xidmət Müəssisəsinin müdiri Ələkbər Mustafayev və müraciət etmiş könüllülər iştirak edib.
Müsahibəsinin sonunda 7 könüllü Rayon İcra Hakimiyyətində təcrübə keçmək şansı əldə edib.
Məlumat üçün qeyd edək ki, könüllülük fəaliyyəti 2 (iki) ay müddətində davam etdiriləcək. Könüllü kimi müqavilə öhdəliklərini uğurla başa vuran gənclərin hər birinə xüsusi sertifikatlar veriləcək.
bineqedi-konulu-secim
bineqedi-konulu-secim
bineqedi-konulu-secim

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin