Bir nəfəri öldürdü, Binəqədiyə gəlib ata və oğula xəsarət yetirdi… – MƏHKƏMƏ

0

Bakıda bir nəfəri öldürməkdə, bir nəfəri isə bıçaqla yaralamaqda təqsirləndirilən Aqşin Quliyevin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

Cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Hakim Eldar Mikayılovun icraatında olan iş üzrə hazırlıq iclası yaxın günlərdə keçiriləcək.

Qeyd edək ki, hadisə ötən il Suraxanı rayonu Bülbülə qəsəbəsində baş verib.

Qəsəbə sakini Aqşin Quliyev münaqişə zəminində tanışı, Bakı şəhər sakini İlham Həşimovu bıçaqla qətlə yetirib, sonra Binəqədi rayonu ərazisində yaşayan qohumu Füzuli Şirinovun evinə gedərək orada ona və oğlu Elçinə də bıçaqla xəsarət yetirib.

Xəstəxanaya yerləşdirilmiş F.Şirinovun vəziyyəti ağır olsa da, Elçinə ilkin tibbi yardım göstərildikdən sonra buraxılıb.

Hadisənin qısqanclıq zəminində törədildiyi bildirilir.

A.Quliyevə xüsusi amansızlıqla adam öldürmə və qəsdən sağlamlığa ağır xəsarət yetirmə əməlləri ilə bağlı ittiham verilib.report

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin