Binəqədi Rayon İcra Hakimiyyəti başçısının səyyar görüşü keçirilib – Fotolar

0
elxan-allahverdiyev

6-cı mikrorayonda yerləşən 246 saylı məktəb-liseydə Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyevin sakinlərlə səyyar görüşü keçirilib.

Bineqedi.info saytına verilən məlumata görə, görüşdə Rayon İcra Hakimiyyəti başçısının müavinləri və Aparatın məsul şəxsləri, Bakı Nəqliyyat Agentliyinin nümayəndəsi, Rayon Gənclər və İdman İdarəsinin rəisi, 1 nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyin əməkdaşları, aidiyyəti bələdiyyə sədri, hüququ-mühafizə orqanlarının əməkdaşı, xidmət sahələrinin rəhbərləri və sakinlər iştirak ediblər.

elxan-allahverdiyev1.jpg
Çıxış edən Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyev ötən il ölkəmizdə sosial-iqtisadi sahədə həyata keçirilən islahatların, qəbul edilən qərarların mühüm tarixi əhəmiyyət daşıdığını, aparılan islahatların əsas məqsədinin iqtisadi inkişafı sürətləndirmək və əhalinin sosial rifahını yaxşılaşdırmaqdan ibarət olduğunu, ölkədə yürüdülən siyasətin əsas məqsədinin sahibkarlığın inkişafını dəstəkləmək və bu yolla əhalinin məşğulluğunu təmin etmək olduğunu bildirib.

RİH başçısı dövlət siyasətinin mərkəzində Azərbaycan vətəndaşının dayandığını və indi olduğu kimi gələcəkdə də görülən bütün işlərin vətəndaşların məmnunluğuna xidmət edəcəyini qeyd edib.

elxan-allahverdiyev2.jpg

Daha sonra, RİH başçısı 2019-cu ilin yekunlarına həsr olunmuş müşavirədə ölkə başçısı cənab İlham Əliyevin müvafiq strukturlara verdiyi tapşırıq və tövsiyələrə uyğun olaraq, aidiyyəti strukturların sakinləri narahat edən məsələlərə daha məsuliyyətli yanaşmalı və səlahiyyətləri çərçivəsində problemlərin həlli üçün çalışmalı olduğunu vurğulayıb.
Mikrorayon sakinləri ölkə ərazisində, eləcə də, Bakı şəhərində həyata keçirilən abadlıq-quruculuq işlərinə görə ölkə başçısı cənab İlham Əliyevə öz minnətdarlıqlarını bildiriblər, həmçinin, onları narahat edən bəzi məsələlərlə bağlı RİH başçısına müraciət edərək, müvafiq köməklik göstərilməsini xahiş ediblər.
Rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyev yekun nitqində hər həftə keçirilən səyyar görüşlərdə qaldırılan məsələlərin qeydə alındığını və bütün problemlərin müəyyən edilmiş müddətlərdə aradan qaldlrılması istiqamətdə işlərin aparıldığını bildirib.

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin