Binəqədidə Sakinlərin Müraciət Xidmətinin fəaliyyətinin 7 ili tamam olur – Fotolar

0
sakinlerin-muracieti

Yerli icra hakimiyyəti orqanları arasında ilk olaraq Binəqədi Rayon İcra Hakimiyyətində yaradılmış Sakinlərin Müraciət Xidmətinin bu gün fəaliyyətinin 7 ili tamam olur.

Bineqedi.info saytına verilən məlumata görə, Xidmət vətəndaşlarla operativ ünsiyyətin yaradılması, onların rayonda fəaliyyət göstərən dövlət qurumlarına müraciət imkanlarının asanlaşdırılması məqsədilə yaradılıb, bütün müasir avadanlıqlarla və sürətli kommunikasiya sistemi ilə təchiz edilərək 24 saat fasiləsiz olaraq fəaliyyət göstərir.

Bütün bu imkanlar Binəqədi Rayon İcra Hakimiyyəti tərəfindən vətəndaşlara göstərilən xidmətlərin hər bir vətəndaş üçün əlçatan olmasını təmin etmək məqsədini daşıyır.
Fəaliyyətə başladığı dövrdən Sakinlərin Müraciət Xidmətində cavablandırılan zənglərin sayı 218651 vahid, tərtib edilmiş icraat vərəqələrinin sayı 45243 vahid olub.

sakinlerin-muracieti1

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin