Binəqədi polisləri itkin düşən gənci tapıb ailəsinə təhvil verdi

0
besinci-polis-bolmesi.

Bakıda itkin düşən Binəqədi sakini, 17 yaşlı gənc tapılıb.

Hadisə fevralın 3-ü paytaxtın Binəqədi rayon, Ə.Naxçıvani küçəsi, ev 1A, mənzil 80 ünvanında qeydə alınıb.

Belə ki, 2003-cü il təvəllüdlü Eminov Kamal Rasim oğlu “20 Yanvar” metro stansiyasının yanına getmək adı evdən çıxıb və bir daha geri qayıtmayıb.

Binəqədi Rayon Polis İdarəsinin 5-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində K.Eminov sağ-salamat tapılaraq ailə üzvlərinə təhvil verilib.

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin