Binəqədidə qaçırılan avtomobil 4 gün sonra yerinə qaytarılıb

0
bineqedi-polis-bolmesi

Bakı Binəqədi rayonunda avtomobil qaçırılıb.

Bineqedi.info saytı report-a istinadən xəbər verir ki, hadisə yanvarın 29-da, Bakı Beynəlxalq Avtovağzal Kompleksinin dayanacağında qeydə alınıb.

Belə ki, naməlum şəxs Biləcəri qəsəbə sakini M.Babayevə məxsus “Mercedes” markalı avtomobili qaçırıb.

Daha sonra bu barədə M.Babayevin anası Daxili İşlər Nazirliyinin (DİN) “102 Zəng Mərkəzi” Xidmətinə müraciət edib.

Binəqədi Rayon Polis İdarəsinin 40-cı Polis Bölməsində aparılan araşdırmalar nəticəsində müəyyən olunub ki, həmin avtomobil Ağdam rayon sakini, 1984-ci il təvəllüdlü T.Cəfərov tərəfindən qaçırılıb. O, fevralın 2-də isə qaçırdığı “Mercedes” markalı avtomobili həmin yerə gətirərək ərazidən uzaqlaşıb.

Faktla bağlı araşdırma aparılır.

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin