Binəqədidə 17 yaşlı oğlan itkin düşüb

0

Bakının Binəqədi rayonunda 17 yaşlı oğlan 3 gündür ki, itkin düşüb.

Binəqədi rayonunda yaşayan 2003-cü il təvəllüdlü Kamal Eminov fevralın 3-ü saat 13 radələrində evdən çıxaraq “20 Yanvar” metrostansiyasının yanına gedəcəyini deyib. Lakin bir daha geri qayıtmayıb.

Bu barədə onun anası polisə müraciət edərək bildirib. Hazırda Kamalın axtarışları davam etdirilir.qafqazinfo