Axtarışda olan şəxs Binəqədi qəsəbəsində evdən pul oğurladı

0
bineqedi-polis-cinayet-qetl-xuliqanliq1

Bakıda evdən pul oğurlanılıb.

Hadisə yanvarın 17-də, gündüz saatlarında, paytaxtın Binəqədi rayon, Binəqədi qəsəbəsi ərazsində qeydə alınıb.

Belə ki, naməlum şəxs F.Vəliyevin evindən 95 manat pul oğurlayıb.

Daha sonra hadisə ilə bağlı F.Vəliyev hüquq-mühafizə orqanları əməkdaşlarına müraciət edib.

Binəqədi Rayon Polis İdarəsinin (RPİ) 34-cü Polis Şöbəsi və 35-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Balakən rayon sakini, 1978-ci il təvəllüdlü, əvvəllər məhkum olunmuş Telman Qaracayev müəyyən olunaraq saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

Xatırladaq ki, T.Qaracayev Zaqatala Rayon Polis Şöbəsi tərəfindən Cinayət Məcəlləsinin 177-ci (oğurluq) maddəsi ilə axtarışda olub.report

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin