Kamaləddin Qafarov Xutor sakinləri ilə görüşüb – Fotolar

0
kamaleddin-qafarov

9 saylı Binəqədi ikinci Seçki Dairəsindən VI çağırış Milli Məclisə deputatlığa namizəd Kəmaləddin Qafarovun rayon seçiciləri ilə görüşləri davam edir.

K. Qafarovun seçki qərargahından Bineqedi.info saytına verilən məlumatına görə, namizədliyi Yeni Azərbaycan Partiyasından irəli sürülmiş K.Qafarov fevralın 1-də Xutor qəsəbəsində bir neçə ailənin nümayəndələri ilə görüşüb.

Sakinlər yaşadıqları ərazinin problemləri ilə bağlı K. Qafarovla fikir ətraflı mübadiləsi ediblər. Deputatlığa namizəd çatışmazlıqların aradan qaldırılması üçün müvafiq strukturlar qarşısında məsələ qaldıracağına və onların həllinə nail olacağına inam ifadə edib.

kamaleddin-qafarov1

Görüşdə çıxış edən sakinlər dövlətimizin reallaşdırdığı islahatları ürəkdən dəstəklədiklərini bəyan edib və fevralın 9-da ən layiqli namizədə səs verəcəklərini bildiriblər.

kamaleddin-qafarov2

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin