Binəqədidən Məşhədə ziyarətə gedən zəvvar yıxılaraq ağır xəsarət alıb – Bakıya qaytarıldı

0
tecili-yardim

Bakının Binəqədi rayonundan İran İslam Respublikasına ziyarətə gedən zəvvar xəsarət alıb.

Bineqedi.info saytının xəbərinə görə, report məlumat verir ki, hadisə Məşhəd şəhərində qeydə alınıb.

Binəqədi rayon sakini Haxıyev Xalid Qayıtmaz oğlu ziyarət zamanı ehtiyatsızlıqdan hündürlükdən yıxılaraq xəsarət alıb.

Yaralı əvvəlcə Məşhəd şəhərindəki xəstəxanalardan birinə çatdırılıb və ona sağ bazu sümüyünün yerdəyişən sınığı, 12-ci fəqərənin sınığı və sol qamış sümüyünün sınığı diaqnozları qoyulub.

Yaralı bundan sonra Bakıya gətirilib və paytaxtdakı xəstəxanalardan birinə yerləşdirilib.

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin