Binəqədi rayonunda vəzifəli şəxs vəfat edib – Fotolar

0

Bakının Binəqədi rayonunda vəzifəli şəxs qəfil vəfat edib.

Bineqedi.info saytı xəbər verir ki, Binəqədi Rayon İcra Hakimiyyəti başçısının 1 saylı Sahə İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsi Ləman Əliyeva qəfil vəfat edib.

leman-eliyeva1

Ləman Əliyeva Binəqədi rayonunda kifayət qədər tanınan vəzifəli şəxslərdən olub.

Bineqedi.info saytı bildirir ki, Əliyeva Ləman Ənvər qızı bu vəzifəyə Binəqədi rayon İcra Hakimiyyəti başçısının əmri ilə 23 noyabr 2017-ci il tarixdə təyin edilmişdi.

O, həmçinin Yeni Azərbacan Partiyası Binəqədi rayon təşkilatının Qadınlar Şurasının üzvü idi.

leman-eliyeva

Ləman xanımın vaxtsız vəfatı ilə əlaqədar yaxınlarına dərin hüznlə başsağlığı veririk! Allah rəhmət eləsin!

Bineqedi.info

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin