Binəqədidə yaşayış binasında yanğın olub, sakinlər təxliyə edilib

0
yangin-fhn

Bakıda yaşayış binasında yanğın olub.

Bineqedi.info Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, hadisə Binəqədi rayonunda qeydə alınıb. Beşmərtəbəli yaşayış binasının 3-cü mərtəbəsində ümumi sahəsi 32 m² olan 2 otaqlı mənzilin mətbəxində kombi aparatı yanıb. Yanğın zamanı 2-si azyaşlı olmaqla 4 nəfər bina sakini yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə təxliyə edilib. Mənzil yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin