Biləcəridə “Açıq qapı” – İcra başçısının səyyar qəbulu keçirilib – Fotolar

0
bineqedi-qebul

Biləcəri bələdiyyəsinin inzibati binasında Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyevin Biləcəri qəsəbə sakinləri ilə “Açıq qapı” formatında səyyar qəbulu keçirilib. Bineqedi.info saytına verilən məlumata görə, görüşdə Rayon İcra Hakimiyyəti başçısının müavinləri və Aparatın məsul şəxsləri, xidmət sahələrinin rəhbərləri iştirak ediblər.

bineqedi-elxan
Görüşdə iştirak edən sakinlər daha çox onları narahat edən məsələlərlə bağlı müraciət edərək, əraziyə asfalt örtüyünün vurulmasını, dayanacağın quraşdırılmasını, marşrut xəttinin bərpasını, piyadalar üçün səkinin düzəldilməsini və s. xahiş ediblər.
RİH başçısı bildirib ki, rayonun digər ərazilərində olduğu kimi, qəsəbələrdə da mövcud qlobal problemlərin mərhələli şəkildə həlli istiqamətində zəruri tədbirlərin görülməsi cari ildə də davam etdirilir.

bineqedi-qebul2Belə ki, Binəqədi rayonunun qəsəbələri ərazisində avtomobil yollarının əsaslı təmiri məqsədilə ölkə başçısı cənab İlham Əliyev tərəfindən imzalanmış “Bakı şəhərinin Binəqədi rayonu ərazisində avtomobil yollarının əsaslı təmiri işlərinin davam etdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Sərəncamla ayrılmış maliyyə vəsaitinə uyğun olaraq, qəsəbələrdə yeni asfalt örtüyünün çəkilməsi işlərinə başlanıb.
RİH başçısı həmçinin, 2019-cu ilin 23 dekabr tarixində keçirilmiş Bələdiyyə seçkilərində yeni seçilmiş bələdiyyə sədrlərinə görüləcək işlərin sakinlərin sosial rifah halının yaxşılaşdırılması istiqamətində qurulması ilə bağlı öz tovsiyələrini verib.

bineqedi-qebul
Qəbulda iştirak edən sakinlər rayon ərazisində aparılan abadlıq işlərinə görə ölkə rəhbərliyinə öz təşəkkürlərini bildiriblər.
Daha sonra RİH başçısı sakinlər tərəfindən qaldırılan digər məsələlərin həlli istiqamətində müvafiq tədbirlərin həyata keçirilməsi ilə əlaqədar aidiyyəti qurum rəhbərlərinə tapşırıqlar verib.

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin